“Qalatasaray”da prezidentliyə daha bir namizəd baş məşqçisini açıqladı
05.05.2022 - 15:36
“Qalatasaray”da prezidentliyə daha bir namizəd baş məşqçisini açıqladı

“Qalatasaray”da daha bir prezidentliyə namizəd baş məşqçisini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Eşref Hamamcıoğlu bu vəzifəyə seçiləcəyi təqdirdə hansı çalışdırıcı ilə yola çıxacağını açıqlayıb.

O, iyunun 11-dəki seçkilərdə rəqiblərinə qalib gələrsə, Rudi Qarsiyanı Türkiyəyə gətirəcək. Hamamcıoğlunun idman direktoru vəzifəsinə gətirməyi planlaşdırdığı Cenk Ergün artıq fransalı mütəxəssislə danışıqlara başlayıb. Hətta tərəflər arasında ilkin anlaşma əldə edildiyi də bildirilir. Qarsiya 2 illik müqaviləyə razılıq verib.

Qeyd edək ki, “Qalatasaray”da prezidentliyə digər namizəd Metin Öztürk baş məşqçi postuna Okan Buruku gətirəcəyini bildirib.