“Qalatasaray”dan 8 milyon avroluq təklif
08.12.2021 - 12:26
“Qalatasaray”dan 8 milyon avroluq təklif

“Qalatasaray” “Benfika”nın futbolçusu Gedson Fernandeşin transferində israrını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu portuqaliyalı yarımmüdafiəçini qış fasiləsinə heyətinə cəlb etməyi planlaşdırır.

Bu ilin ilk 6 ayında icarə əsasında “cim-bom”un formasını geyinən 22 yaşlı orta sahə oyunçusunun keçidi ilə bağlı klublar arasında danışıqlar davam edir. İstanbul nəhəngi Gedson üçün lissabonlulara 8 milyon avro ödəməyə hazırdır. Əgər “Benfika” buna mənfi cavab versə, “sarı-qırmızılılar” onu yenidən icarəyə götürməyə çalışacaq.

Fernandeşin “Benfika” ilə 2023-cü ilin yayına qədər olan müqaviləsini yeniləməkdən imtina etməsi Portuqaliya klubunu da onu sataraq, gəlir götürməyə vadar edir.