Türkiyə millisinin daha bir futbolçusu legioner həyatı yaşaya bilər.
Apasport.az saytının məlumatına görə, “Qalatasaray”ın yarımmüdafiəçisi Taylan Antalyalı ölkə xaricindən təklif alıb.
26 yaşlı orta sahə oyunçusu “Atalanta”nın maraq dairəsinə düşüb. A seriyası təmsilçisinin skautları mövsümün əvvəlindən izlədiyi Taylanı bəyənib. İtalyanlar qış fasiləsində bu transferlə bağlı “cim-bom”la danışıq aparmağı planlaşdırır. Baş məşqçi Can Pyero Qasperini də onu sərəncamında görmək istədiyini rəhbərliyə bildirib.
Qeyd edək ki, müqavilə müddəti 2026-cı ilin yayına qədər olan Taylan Antalyalı bu mövsüm “Qalatasaray”ın heyətində 23 oyunda iştirak edib.