“Qalatasaray”ın hücumçusu Kerem Aktürkoğlu tezliklə komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, 23 yaşlı forvard Avropa klublarının maraq dairəsinə düşüb.
Son vaxtlar parlaq çıxışla diqqət çəkən Türkiyə millisinin üzvü konkret olaraq “Valensiya”, “Latsio”, “Volfsburq”, “Ayntraxt”, “Lion”, “Lill” və “Marsel”in transfer hədəfindədir. “Qalatasaray” Keremlə bu yaxınlarda yeni 5 illik müqavilə imzalamasına baxmayaraq, onun transferindən 30 milyon avroluq gəlir götürməyin əleyhinə deyil.
Qeyd edək ki, Kerem Aktürkoğlu “Qalatasaray”a ötən ilin yayında “24 Erzincanspor”dan keçib.