“Qalatasaray”ın iki futbolçusu koronavirusa yoluxdu
04.01.2022 - 11:13
“Qalatasaray”ın iki futbolçusu koronavirusa yoluxdu

“Qalatasaray” yeni ildə ilk koronavirus testindən keçib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi məşqçi korpusu, futbolçu heyəti, tibbi personalı, rəhbərlik və bazadakı işçilərin hamısının testinin nəticəsini açıqlayıb.

“Cim-bom” rəsmi saytı vasitəsilə iki nəfərdə testin pozitiv nəticələndiyini açıqlayıb. Bunlar əsas komandanın futbolçuları – qapıçı Fatih Öztürk və müdafiəçi Alparslan Öztürkdür. Hər iki oyunçu karantinə alınıb.

Qeyd edək ki, “Qalatasaray” Super Liqanın XX turunda yanvarın 8-də “Giresunspor”la qarşılaşacaq.