“Qalatasaray”ın istəyi baş tutmadı – Bupendza gəlməyəcək
01.02.2021 - 15:54
“Qalatasaray”ın istəyi baş tutmadı – Bupendza gəlməyəcək

Türkiyənin “Qalatasaray” klubunun heyətinə qatmaq istədiyi Aron Bupendzanın transferi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, bunu hücumçunun çıxış etdiyi “Hatayspor”un vitse-prezidenti Etem Sunar açıqlayıb.

O bildirib ki, futbolçunu heyətdə saxlamağa üstünlük veriblər: “Bu gün səhər saatlarında “Qalatasaray”la danışıqlarımız oldu. Amma onların təklifini qəbul etmədik. “Qalatasaray”ın endirim istəyi ilə razılaşmadıq. İstanbul təmsilçisinin son təklifi futbolçu dəyişikliyi və bir az vəsaitin ödənməsi idi. O təklif də bizə uyğun gəlmədiyindən razılaşmadıq. Bupendza üçün 10 milyon avro və gələcək satışınsan 25 faizlik pay istəyirdik. Bir gün öncə “Qalatasaray”ın hər hansı futbolçusu mənim komandamda oynaya bilməz demişdim. Bu, o məna verir ki, biz onların verdiyi maaşı verə bilmərik”.

Qeyd edək ki, Bupendza “Trabzonspor”un da maraq dairəsindədir.
 

0