“Qalatasaray”ın prezidenti yenidən namizəd olacaq
04.05.2022 - 11:52
“Qalatasaray”ın prezidenti yenidən namizəd olacaq

“Qalatasaray”ın prezidenti Burak Elmas yenidən namizədliyini təqdim edəcək.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, İdarə Heyətinin təzyiqinə baxmayaraq, Elmas vəzifəsində qalmaqda israrlıdır.

O, başlatdığı layihələri tamamlamaq üçün bu addımı atacağını bildirib. Üstəlik, hazırkı rəhbər yenidən prezident seçiləcəyi təqdirdə, rəhbər heyəti də kökündən dəyişəcək.

Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri iyunun 11-də keçiriləcək.