“Qarabağ” 68 xalla çempion olacaq – 4 klubun “qızıl yolu” görünmür
01.01.2022 - 10:53
“Qarabağ” 68 xalla çempion olacaq – 4 klubun “qızıl yolu” görünmür

Azərbaycan Premyer Liqasında birinci yarıdan sonra klubların 2021/22 mövsümü üçün çempionluq şansları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ilk iki dövrədəki nəticələrə əsasən çempionatın lideri “Qarabağ”ın qızıl medallara sahib olacağı proqnozlaşdırılır.

Ağdam təmsilçisinin çempionluq şansları 99,4 faiz qiymətləndirilib. Qurban Qurbanovun kollektivinin mövsümü 68 xalla yekunlaşdırması proqnozlaşdırılır. Hazırda komandanın aktivində 33 xal var.

Araşdırmaya əsasən “Neftçi”, “Qəbələ” və “Zirə”nin cüzi də olsa, birincilik şansı qalır. Son çempionun titulunu qorumaq ehtimalı 0,3 faizə bərabərdirsə, “Qəbələ” və “Zirə”də bu şans müvafiq olaraq 0,2 və 0,1 faizdir.

Yekunda “ağ-qaralar”ın gümüş, “qırmızı-qaralar”ın isə bürünc mükafata yiyələnəcəyi ehtimal olunur.

Mövsümün sonunda Premyer Liqada turnir cədvəlinin aşağıdakı kimi olacağı proqnozlaşdırılır:

Yer

Komanda

Çempionluq şansı

Təxmini xalı

İndiki xalı

1

Qarabağ

99,4%

68

33

2

Neftçi

0,3%

46

22

3

Qəbələ

0,2%

44

26

4

Zirə

0,1%

41

22

5

Sabah

0%

32

17

6

Keşlə

0%

28

14

7

Sumqayıt

0%

26

12

8

Səbail

0%

21

10