"Qarabağ" Kevin Medina ilə bağlı qərarını verdi
12.05.2022 - 14:45
"Qarabağ" Kevin Medina ilə bağlı qərarını verdi

“Qarabağ” futbolçusu Kevin Medina ilə müqavilənin müddətini uzadıb. 

Apapsort.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

Yeni razılaşmaya əsasən, kolumbiyalı müdafiəçi 2025-ci il iyunun 30-dək Ağdam klubunda çıxış edəcək. Kevin 2020-ci ildən “Qarabağ”ın şərəfini qoruyur.

Qeyd edək ki, Medina cari mövsümün 38 matçında 1 qol vurub.