Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Apasport.az saytının məlumatına görə, üç gün davam edəcək qarşılaşmalar çərçivəsində bu gün ilk görüş baş tutub.
“Keşlə” “ASK Arena”da “Qarabağ”ı qəbul edib. Premyer Liqanın lideri “Qızıl dubl” arzusuna doğru növbəti addımını atıb. İlk görüşdə minimal hesabla qalib gələn “Qarabağ” bu dəfə kubokun son qalibinin qapısından 6 cavabsız top keçirib.
Bununla da Qurban Qurbanovun yetirmələri yarımfinala adlayan ilk komanda olub. “Keşlə” isə turnirdə mübarizəni darmadağınla dayandırıb.
Qeyd edək ki, 1/4 finalın digər oyunları qarşıdakı iki gün ərzində keçiriləcək. “Sabah” – “Neftçi” oyunu sabah, “Qəbələ” – “Sumqayıt” və “Səbail” – “Zirə” görüşləri birigün baş tutacaq.
Azərbaycan kuboku
1/4 final, cavab oyunu
11 fevral
18:00. “Keşlə” - “Qarabağ” - 0:6
Qollar: Leandro Andrade, 9, Vadji İbrahima, 17, 45, Ramil Şeydayev, 43 (pen.), 84, Musa Qurbanlı, 79
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 6. Franko Flores, 13. Pərviz Azadov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 9. Natan Oduva, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 70. Bahadur Həziyev, 95. Rəhman Daşdəmirov, 97. Qurban Səfərov
Baş məşqçi: Sənan Qurbanov
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 25. Vadji İbrahima, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borqes, 21. Rauf Hüseynli, 27. Toral Bayramov, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
“ASK Arena”
İlk oyun – 0:1