Klubların UEFA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, 2022-ci ilin ilk oyun həftəsində 20 matç baş tutub.
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk 4 oyunu, Avropa Liqası və Konfrans Liqasında pley-offun ilk matçları siyahıda cüzi dəyişikliklərə səbəb olub. Azərbaycanın yalnız bir klubu ən yaxşı 100 komanda sırasında yer alıb.
Konfrans Liqasında mübarizəni davam etdirən “Qarabağ” qitədə 62-ci yerə şərikdir. Pley-offda “Marsel”ə 1:3 hesabı ilə uduzan təmsilçimiz 25,000 xala malikdir.
Qurban Qurbanovun yetirmələri “Başakşəhər” və “Monako” ilə eyni göstəriciyə malikdir. “Qarabağ”a qalib gələn fransalılar isə 34,000 xalla 45-ci yerə bölüşür. Marsellilər “Lokomotiv” və LASK-la şərikdir.
Qeyd edək ki, siyahıya 134,000 xalla “Bavariya” başçılıq edir.