“Qarabağ” mövqeyini qorudu, “Neftçi” gerilədi
14.02.2022 - 13:27
“Qarabağ” mövqeyini qorudu, “Neftçi” gerilədi

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə 450 klub yer alıb.

Azərbaycanın üç komandası da siyahıya düşüb. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. 214 xala malik Qurban Qurbanovun yetirmələri 84-cü pillədə qərarlaşıb. Onlar bununla da son siyahıdakı mövqelərini qoruyublar

“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi “Marsel”in 561 xalı var. Fransa klubu ağdamlılardan 50 pillə öndə - 34-cü sıradadır.

Cəmi 30 xalı olan “Neftçi” bir pillə geriləməklə Avropada 243-cüdür. “Qəbələ” bakılılardan 10 xal geridədir. “Qırmızı-qaralar” siyahıda 290-cıdır və 3 rəqiblərini özlərindən irəli buraxıblar. 

Qeyd edək ki, birinci pillədə 2227 xala malik “Real” qərarlaşıb.