“Qarabağ” uduzdu, Kamran Quliyev yenə fərqləndi
23.12.2021 - 17:01
“Qarabağ” uduzdu, Kamran Quliyev yenə fərqləndi

Birinci divizionda birinci dövrəyə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, bu gün XIII turun son 3 oyunu keçirilib.

“Kəpəz” “Sabah”ın əvəzediciləri ilə heç-heçə edərək, ikinci pilləni əldən verib. Bu matçda “Sabah”ın qollarına komandanın bombardiri Kamran Quliyev və əsas heyətin üzvü Şakir Seyidov imza atıb. Seyidov eyni zamanda avtoqol müəllifi də olub.

“Qaradağ Lökbatan” isə “Qarabağ-2”yə qalib gələrək liderliyini möhkəmlədib.

I divizion
XIII tur
23 dekabr (cümə axşamı)
“Sabah-2” - “Kəpəz” – 2:2

Qollar: Şakir Seyidov, 1; Kamran Quliyev, 19 (pen.) - Şakir Seyidov, 35 (avtoqol); Tural Rzayev, 48

“Qəbələ-2” - “Sumqayıt-2” – 2:1
Qollar: Gülağa Əsədov, 4; Mehrac Baxşalı, 39 - Rüstəm Hümbətov, 23 (pen.)

“Qaradağ Lökbatan” - “Qarabağ-2” – 2:1
Qollar: Elnur Cəfərov, 36; Raul Məmmədov, 82 - Nəriman Axundzadə, 80

1

Qaradağ Lökbatan

12

9

1

2

25-10

28

2

MOİK

12

7

2

3

25-14

23

3

Kəpəz

12

5

7

0

23-15

22

4

Keşlə-2

12

6

3

3

18-11

21

5

Neftçi-2

12

6

2

4

24-18

20

6

Qarabağ-2

12

5

4

3

23-15

19

7

Sabah-2

12

5

3

4

18-17

18

8

Zaqatala

12

4

3

5

15-17

15

9

Turan Tovuz

12

4

2

6

16-20

14

10

Sumqayıt-2

12

4

1

7

11-20

13

11

Qəbələ-2

12

3

2

7

16-21

11

12

Səbail-2

12

2

2

8

15-25

8

13

Zirə-2

12

1

2

9

10-36

5

Bombardirlər: Sabir Allahquliyev (“Qaradağ Lökbatan”) - 12 qol, Kamran Quliyev (“Sabah-2”) - 7 qol