“Qarabağ” və “Neftçi”nin növbəti oyunun vaxtı dəqiqləşdi
20.02.2022 - 18:47
“Qarabağ” və “Neftçi”nin növbəti oyunun vaxtı dəqiqləşdi

Premyer Liqada XVII turun oyun cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, turun matçları iki günü əhatə edəcək.

Tura “Neftçi” və “Sabah” arasında mərkəzi oyunla start veriləcək. Bütün görüşlər “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

27 fevral (bazar)

“Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”, 19:15

“Sabah” – “Neftçi”
“Bank Respublika Arena”, 17:00

28 fevral (bazar ertəsi)

“Keşlə” – “Qarabağ”
“ASK Arena”, 19:15

“Səbail” – “Zirə”
“ASCO Arena”, 17:00