“Qarabağ”a 2 qol vurdu, ən yaxşı adına iddia edir
18.02.2022 - 09:05
“Qarabağ”a 2 qol vurdu, ən yaxşı adına iddia edir

Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA pley-offun ilk oyunlarının 4 ən yaxşı futbolçusunu müəyyənləşdirib.

Azərbaycan təmsilçisi “Qarabağ” üzərində 3:1 hesablı qələbə qazanan “Marsel”in hücumçusu Arkadiuş Milik də iddiaçılar arasındadır. O, ağdamlılarla görüşdə dubl etdiyi üçün siyahıya düşüb.

Ən yaxşı olmaq üçün onun rəqibləri Patson Daka, Huqo Vetlesen və Joel Anderssondur. “Lester”in “Randers” üzərində qələbəsinə Daka 1 qolla töhfə verib. “Midtulland”ın şərəfini qoruyan Joel PAOK-la matçda qələbə qoluna imza atıb – 1:0. Səfərdə “Seltik”i 3:1 hesabı ilə yenən “Bodo Qlimt”in üzvü olan Huqonun hesabında qol və assist var.

Qeyd edək ki, ən yaxşı azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.