“Qarabağ”a daha iki mümkün rəqib – Çempionlar Liqasında
16.05.2022 - 09:30
“Qarabağ”a daha iki mümkün rəqib – Çempionlar Liqasında

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha iki mümkün rəqibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunlar öz ölkələrində çempion titulunu yeni qazanan “Lex” və səbəti dəqiqləşən “Zrinski”dir.

Polşa ilə Bosniya və Herseqovinanın çempionları I təsnifat mərhələsinin püşkatmasında səpələnməmişlərdən olacaq. Bu üzdən də onlar mərhələnin reytinqliləri, o cümlədən “Qarabağ” üçün potensial rəqibdir.

30 komandanın yarışacağı raundun püşkündə hər səbətdə 15 komanda olacaq. “Qarabağ” Ermənistan təmsilçisi ilə görüşə bilməz. Bu üzdən 14 mümkün rəqib qalacaq. Onlardan 12-si dəqiqləşibsə, biri ilkin mərhələnin qalibidir. Bir komanda isə ya Sloveniya  çempionu, ya da “Linfild” olacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər

“Qarabağ” (Azərbaycan)
“Malmö” (İsveç)
“Lüdoqorets” (Bolqarıstan)
“Şerif” (Moldova)
ÇFR (Rumıniya)
“Bodo Qlimt” (Norveç)
“Ferensvaroş” (Macarıstan)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
TNS (Uels)
“Jalgiris” (Litva)
“Linkoln” (Cəbəllütariq)
“Şemrok Rovers” (İrlandiya)
Lüksemburq çempionu

Səpələnməmiş
“Zrinski” (Bosniya və Herseqovina)
“Lex” (Polşa)
“Şaxtyor” (Belarus)
“Sutyeska” (Monteneqro)
“Klasksvik” (Farer adaları)
“Hibernians” (Malta)
“Tobol” (Qazaxıstan)
“Şkupi” (Şimali Makedoniya)
Ermənistan çempionu 
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
“Tirana” (Albaniya)
“Balikani” (Kosovo)
İlkin mərhələnin qalibi

Qeyri-müəyyənlər
“Linfild” (Şimali İrlandiya)
Sloveniya çempionu