“Qarabağ”a gələcək futbolçuya əvəzləyici axtarırlar
10.01.2022 - 12:54
“Qarabağ”a gələcək futbolçuya əvəzləyici axtarırlar

“Qarabağ”ın heyətinə cəlb etməyə hazırlaşdığı Leandro Andradenin “Çerno More”ni tərk edəcəyi dəqiqləşib.

Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, bunu “Çerno More”nin baş məşqçisi İlian İliyev deyib.

Çalışdırıcı 23 yaşlı portuqaliyalı vingerin 99 faiz komandanı tərk edəcəyini bildirib. Onun sözlərinə görə, hücumçu axtarışlarına artıq başlamaq lazımdır. Baş məşqçi indidən Andradenin boşluğunu doldurmaq lazım gəldiyini vurğulayıb.

Bolqarlar “Qarabağ”ın Leandro Andradeni birdəfəlik transfer etmək şərtilə icarəyə götürəcəyini yazıb.

Qeyd edək ki, Leandro Andrade 2020-ci ilin yayından “Çerno More”nin formasını geyinir.