“Qarabağ” qış fasiləsinə 7 xallıq üstünlüklə yollanıb.
Apasport.az saytının məlumatına görə, bu, 8 komandanın mübarizə apardığı dövr üçün yeni rekorddur.
Bu sayda komandanın yarışdığı son 6 mövsümün rekord fərqi qeydə alınıb. Ağdamlılar 2 il əvvəl “Neftçi”dən, 4 il öncə “Qəbələ”dən 6 xal uzaqlaşıb.
Sonuncu dəfə belə böyük fərq 10 komandanın mübarizə apardığı 2015/16 mövsümündə qeydə alınıb. Həmin vaxt “Qarabağ” “İnter”dən (indiki “Keşlə”) 8 xal öndə qərarlaşıb. Amma həmin vaxtkı fərq 14 deyil, 18 tur ərzində əldə olunub.
Qeyd edək ki, qış çempionu olan “Qarabağ”ın 33, ikinci sıradakı “Qəbələ”nin 26 xalı var.