Futbol klublarının ümumdünya reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Top-500”də Azərbaycan iki klubla təmsil olunub.
Təmsilçilərimiz arasında ən yüksək pillədə “Qarabağ” qərarlaşıb. Qurban Qurbanovun yetirmələri planetin 175-ci komandasıdır. Ağdam klubunun aktivində 1560 xal var.
Premyer Liqanın vitse-çempionu bir il ərzində böyük sıçrayışa nail olub. “Qarabağ” 44 pilləlik yüksəliş əldə edib.
“Neftçi” də son bir ildə irəliləyib. Bakılılar 365-ci sırada qərarlaşıb.
Samir Abasovun yetirmələrinin aktivində 1471 xal var. Paytaxt klubu 23 pillə irəliləyib.
Qeyd edək ki, siyahıya 2105 xala malik “Bavariya” başçılıq edir.