“Qarabağ”ın “Neftçi”dən fərqi və ya onları izləyən 5 “ölü”
11.01.2022 - 13:29
“Qarabağ”ın “Neftçi”dən fərqi və ya onları izləyən 5 “ölü”

Premyer Liqanın XXI əsrdə keçirilən oyunlarında ən çox qol vuran klublar bəlli olub.

Apasport.az saytının hesablamalarına görə, 2001-ci il yanvarın 1-dən sonrakı müddətdə ən çox qol vuran komanda “Qarabağ”dır.

Ağdam klubu kimi “Neftçi” də 800 qol səddini arxada qoyub. Bu iki klub arasında fərq 16 topa bərabərdir.

İlk “üçlüy”ü “Keşlə” qapayır. 4-cü sıradakı “Qəbələ” də hazırda Premyer Liqada çıxış edənlərdəndir.

Sonrakı 4 yeri tutanlar isə tarixin yaddaşına köçən klublardır. Bunlar “Xəzər Lənkəran”, “Bakı”, AZAL və “Turan”dır. 11 ən məhsuldar komanda sırasında daha bir “ölü” var. Bu da “Simurq”dur.

I divizionda mübarizə aparan “Kəpəz” cədvəldə 9-cudur. Premyer Liqanın digər təmsilçisi “Sumqayıt” da “Top-11”dədir.

1. “Qarabağ” - 889
2. “Neftçi” - 873
3. “Keşlə” - 763
4. “Qəbələ” - 551
5. “Xəzər Lənkəran” - 493
6. “Bakı” - 482
7. AZAL - 379
8. “Turan” - 325
9. “Kəpəz” - 323
10. “Sumqayıt” - 304
11. “Simurq” – 280