“Rüstəm Əhmədzadə əvvəldən bizim planımızda var idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Minay”dan transfer edilən Rüstəm Əhmədzadənin keçidi barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis 2026-cı ilin yayına qədər ağdamlılarla müqavilə bağlayan gənc forvardın bir müddətdir maraq dairəsində olduğunu söyləyib: “Rüstəm milliyə cəlb olunandan sonra diqqətimi çəkmişdi. Yığmanın heyətindəki oyunlarını izləyirdim. Böyük potensialı olduğunu gördüm və dəvət elədim”.
O, Premyer Liqanın ikinci yarısından tətbiq olunacaq VAR sisteminin fayda verəcəyini düşünür: “VAR sisteminin tətbiqindən sonra narazılıqların azalıb-azalmayacağını bilmirəm. Hər halda bir faydası dəyəcək. Ancaq bəzi problemlər yenə ola bilər. Bunu gələcəkdə görəcəyik”.