Qış fasiləsində Ukraynadan ölkə xaricinə yollanan ən yaxşı futbolçular açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqanı tərk edərək, başqa ölkə klubuna transfer edilən 10 oyunçu fərqləndirilib.
Ukrayna çempionatının autsayderi “Minay”dan Azərbaycan Premyer Liqasının lideri “Qarabağ”a transfer olunan Rüstəm Əhmədzadəyə də siyahıda yer verilib. Milli komandamızın gənc hücumçusunun bu keçidi irəliyə doğru atılmış addım kimi dəyərləndirilib: “Ukrayna çempionatının autsayderinin gənc futbolçusu ən güclü olmasa da, daim avrokuboklarda çıxış edən xarici çempionatın liderinə keçirsə, bu, mütləq irəliləyişdir. Əhmədzadənin “Minay”dakı məhsuldarlığı yüksək olmasa da, onu əminliklə komandanın ən yaxşılarından biri adlandırmaq olar. Yaxşı sürət, driblinq, başla əla oynamaq bacarığı – bir sözlə, Rüstəmin profil xarakteristikası tam qaydasındadır. Bu bacarıqlarını Azərbaycan çempionatında mütləq nümayiş etdirəcək”.
Qeyd edək ki, Rüstəm Əhmədzadə “Qarabağ”la 2026-cı ilin yayına kimi müqavilə imzalayıb. Bu transfer “Minay”a 200 min avro qazandırıb.
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan