“Qarabağ”ın müdafiəçisi “Marsel”lə oyunu buraxacaq
11.02.2022 - 20:30
“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə ilk oyunu buraxacaq.
Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Çalışdırıcı bildirib ki, milli komandamızın cinah oyunçusu dünənki məşqdə zədə alıb: “Təxminən bir həftəyə yaxın komanda ilə məşqlərə qatıla bilməyəcək. Abbas xəstələndiyi üçün qış toplanışında da kollektivə gec qoşulmuşdu”.
Qeyd edək ki, “Marsel” - “Qarabağ” oyunu fevralın 17-də “Velodrom” stadionunda keçiriləcək.
0
0