“Qarabağ”ın rəqibi müdafiəçisini icarəyə verdi
06.01.2022 - 11:19
“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” bir futbolçusu ilə yollarını ayırıb.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Cordan Amavi icarəyə verilib.
28 yaşlı sol cinah oyunçusu mövsümün ikinci dövrəsini Liqa1-in digər təmsilçisi “Nitsa”da keçirəcək. Anlaşmaya əsasən “Nitsa” yayda onu birdəfəlik transfer etmək hüququna malik olacaq. 2017-ci ildən “Marsel”in formasını geyinən Amavi bu komandanın heyətində 126 oyun keçirib.
Qeyd edək ki, “Marsel”lə “Qarabağ” arasında oyunlar fevralın 17-də və 24-də keçiriləcək.
0
0