“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Bursaspor” Fransa kubokunda mübarizəyə başlayıb.
Apasport.az saytının məlumatına görə, Xorxe Sampaolinin komandası 1/32 final matçına çıxıb.
Liqa1-in iddialı təmsilçisi həvəskarlar çempionatında çıxış edən “Kann Roşvill”i qəbul edib. Oyun gözlənildiyi kimi, “Marsel”in üstünlüyü ilə keçib. Luis Enrikenin 1 qol vurduğu matçda Arkadiuş Milik het-trikə imza atıb və “Marsel” rəqibini 4:1 hesabı ilə məğlub edib. Bu qalibiyyət marselliləri 1/16 finala daşıyıb.
Qeyd edək ki, “Marsel”lə “Qarabağ” arasındakı oyunlar gələn il fevralın 17-də Marseldə, 24-də isə Bakıda keçiriləcək.