"Atletiko" sabiq futbolçusu Yannik Karraskonu geri qaytarıb.
Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi belçikalı oyunçunu "Dalyan İfan"dan icarəyə götürüb.
Çində yayılan virus səbəbindən ölkəni tərk etmək istəyən 26 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında "Atletiko"nun formasını geyinəcək. Karrasko 2018-ci ildə "Dalyan İfan"a 30 milyon avro qarşılığında məhz "Atletiko"dan keçib.
Qeyd edək ki, Çempionlar Liqasının 2017-18 mövsümünün qrup mərhələsi çərçivəsində 2017-ci il oktyabrın 18-də Bakıda baş tutan "Qarabağ" - "Atletiko" (0:0) görüşü zamanı əvəzlənərkən ləng hərəkət etdiyi üçün "Atletiko" Karraskonu satıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı