“Qarabağ”la oyunu gözləyir – Argentina millisinin üzvü
15.10.2020 - 11:37
“Qarabağ”la oyunu gözləyir – Argentina millisinin üzvü

İspaniyanın “Vilyarreal” klubunun qapıçısı Geronimo Rulli Avropa Liqasında keçiriləcək oyunları gözləyir.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisinin yeni transferi məhz “Sivasspor” (Türkiyə), “Qarabağ” (Azərbaycan) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə matçlarda komandanın formasını geyinə biləcək.

Baş məşqçi Unay Emeri komandanın əsas qapıçısı kimi Serxio Asenxonu oynadır və La Liqa görüşlərində birmənalı olaraq ona etibar edir. Ancaq Avropa Liqası qarşılaşmalarında heyətdə islahatlar aparacaq Emeri Argentina millisinin qolkiperi Rullini məhz bu turnirdə iş başında görməyi planlaşdırır.

Qeyd edək ki, “Vilyarreal” İ qrupunun ilk oyununda oktyabrın 22-də öz meydanında “Sivasspor”u qəbul edəcək. İspaniya təmsilçisi II tur çərçivəsində oktyabrın 29-da “Qarabağ”ın qonağı olacaq.
 

0