“Qəbələ” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, vitse-kapitan Urfan Abbasov Azərbaycan Premyer Liqasının XXV turunda “Zirə” ilə səfər matçında zədələnib.
Görüşün 36-cı dəqiqəsində sağ ayağından xəsarət alan müdafiəçi mübarizəni davam etdirə bilməyib. Son vaxtlar oyunlara keyidici vasitəsilə çıxan Abbasov əvvəlki zədəsini təzələyib. Bu isə onun durumunun ciddiliyindən xəbər verir. 30 yaşlı oyunçunun mövsümü başa vurma ehtimalı yüksəkdir.
Erkən əvəzləməyə əl atmalı olan baş məşqçi Elmar Baxşıyev gənc Rüfət Əhmədovu meydana buraxıb.
Qeyd edək ki, hazırda birinci hissəsi gedən matçda “Qəbələ” 1:0 hesabı ilə öndədir.