“Qəbələ”də növbəti itki
29.04.2022 - 18:22
“Qəbələ”də növbəti itki

“Qəbələ” daha bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, bölgə təmsilçisinin bu dəfə yarımmüdafiəçisi Fernan Lopes sıradan çıxıb.

İspaniyalı orta sahə oyunçusu Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ”la cavab görüşündə erkən əvəzlənib. 27 yaşlı pleymeyker ayağında ağrılar hiss etdiyi üçün məşqçilər korpusundan dəyişdirilməsini istəyib. Nəticədə 42-ci dəqiqədə onun yerinə Ülvi İsgəndərov meydana daxil olub.

Qeyd edək ki, hazırda “Qəbələ” 0:4 hesabı ilə geridədir.