"Qəbələ"nin müdafiəçisi İvitsa Juniç daha bir klubun maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, "Qarabağ", "Neftçi" və "Sabah"ın ardından "Zirə" də bu mübarizəyə qoşulub.
Xüsusən də, "Sabah"ın mövsümün sonunda heyətinə qatmağı hədəflədiyi xorvatiyalı ilə zirəlilər danışıq aparmağa hazırdırlar. Mövsümün sonunda müdafiə xəttinə əl gəzdirmək istəyən qəsəbə təmsilçisi Ali Siseylə məhz Juniçin mərkəzdə tərəfdaşlıq etməsini istəyir.
"Qəbələ" ilə müqavilə müddəti mövsümün sonuna qədər olan 32 yaşlı oyunçu hazırda "Sabah"a keçməyə daha yaxın görünür. Lakin "Zirə"nin təklifi vəziyyəti dəyişə bilər.
Qeyd edək ki, 4-cü turdan "Qəbələ"yə qoşulan İvitsa Juniç Premyer Liqada 17 matçda 2 qol vurub.
- Arda Güler “Real Madrid”də ayın futbolçusu seçilib
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində