“Real” “Liverpul”un müdafiəçisinə göz dikdi
23.12.2021 - 00:45
“Real” “Liverpul”un müdafiəçisinə göz dikdi

Müdafiəçi axtarışında olan “Real” daha bir futbolçunu siyahıya əlavə edib.

Apasport.az saytının məlumatına görə, “kral klubu” “Liverpul”un futbolçusu Co Qomesə elçi düşüb.

Müdafiə xəttini genişləndirərək rəqabət yaratmaq istəyən madridlilər 24 yaşlı oyunçu üçün qarşı tərəflə təmasa keçib. Premyer Liqa klubunda heyətə düşə bilməyən İngiltərə millisinin üzvü özü bu keçidə qarşı deyil. “Real”ın diqqət mərkəzində olan digər müdafiəçilər isə Antonio Rudiger (“Çelsi”), Jül Kunde (“Sevilya”) və Pau Torresdir (“Vilyarreal”).

Qeyd edək ki, bu mövsüm zədə səbəbindən cəmi 9 oyunda iştirak edən Co Qomesin “Liverpul”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.