“Real” Ançelottini göndərəcək – PSJ-ni keçməsə
17.02.2022 - 12:43
“Real” Ançelottini göndərəcək – PSJ-ni keçməsə

“Real” baş məşqçisi Karlo Ançelottini istefaya göndərə bilər.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Çempionlar Liqasında 1/8 final səddini adlaya bilməsə, çalışdırıcı ilə vidalaşacaq.

PSJ ilə səfərdəki ilk oyunda 0:1 hesabı ilə uduzan madridlilər artıq Ançelottiyə əvəzləyici də tapıb. İtaliyalı postundan qovulsa, onu Maurisio Poçettino əvəzləməlidir.

PSJ-nin argentinalı baş məşqçisi təkcə “Real” deyil, “Mançester Yunayted”in də hədəfindədir. 49 yaşlı mütəxəssis 2021-ci ilin yanvarında Paris təmsilçisinin baş məşqçisi təyin olunub.