“Real” Lukası satır
03.12.2021 - 22:19
“Real” Lukası satır

“Real”ın Lukas Vaskeslə bağlı qərarı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi yarımmüdafiəçisini satmaq niyyətindədir.

Madridlilər oyunçunun transferindən 15 milyon avroya qazanmağı planlaşdırır. “Real” həm də futbolçunun maaşını qənaət etmiş olacaq.

Klub rəhbərliyi ən geci mövsümün sonuna qədər Lukası satmaq istəyir. Madrid təmsilçisi 2022/23 mövsümünü Vaskes olmadan başlamaq fikrindədir.