“Real” Mbappenin transferini nə vaxt açıqlayacaq?
27.12.2021 - 14:13
“Real” Mbappenin transferini nə vaxt açıqlayacaq?

“Real” mövsümün sonunda PSJ-nin hücumçusu Kilian Mbappeni heyətinə cəlb edəcəyinə əmindir.

Apasport.az saytının məlumatına görə, “kral klubu” Fransa millisinin üzvünün keçidini açıqlayacağı tarixi müəyyənləşdirib.

Çempionlar Liqasının 1/8 final mərhələsində məhz PSJ ilə qarşılaşacaq İspaniya nəhəngi fransızlarla görüşlərdən sonra 23 yaşlı forvardı rəsmən təqdim etməyi planlaşdırır. Bu komandalar arasında oyunlar gələn il fevralın 15-də və martın 9-da keçiriləcək.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm PSJ-nin heyətində 24 matçda 15 qol vurub, 15 məhsuldar ötürmə verib. Onun klubla müqavilə müddəti gələn ilin yayına qədərdir.