Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Real” – “Mançester Siti” oyununa Lionel Messi də biganə qalmayıb.
Apasport.az saytının məlumatına görə, PSJ-nin argentinalı ulduzu “Real”ın möhtəşəm geridönüşünə məyus olub.
Uzun illər “Barselona”nın heyətində Madrid klubuna barışmaz rəqib olan Messi qarşılaşma barədə fikirlərini yığmadakı komanda yoldaşı Serxio Aquero ilə bölüşüb. “Mançester Siti”nin sabiq hücumçusu öz aralarındakı söhbətdə Messinin dediklərinin hamısını açıqlayıb: “O mənə yazdı ki, lənət şeytana, bəsdirin... Burda nə baş verir? Mən, həqiqətən də, buna inana bilmirəm. Yaxşı deyiləm”.
Qeyd edək ki, ilk oyunda 3:4 hesabı ilə uduzan “Real” evdəki matçın 90-cı dəqiqəsinədək 0:1 hesabı ilə geridə olsa da, əsas vaxtda iki, əlavə vaxtda daha bir top vuraraq finala yüksəlib.