“Real” əsas heyət oyunçularından Kasemironu mövsümün sonunda sata bilər.
Apasport.az saytının məlumatına görə, bu, 29 yaşlı yarımmüdafiəçi üçün ediləcək təkliflərdən asılıdır.
Əgər Braziliya millisinin üzvü üçün yüksək məvacib təklifi olunarsa, “Real” yayda Kasemironun gedişinə müsbət yanaşacaq. Hazırda onun xidmətində ən çox maraqlı olan komanda PSJ-dir. Braziliyalının satışı “Real”ın Kilian Mbappeni transfer etməsinə yardımçı olacaq.
Madridlilər yayda digər yarımmüdafiəçi Marko Asensionun da eyni şərtlərlə ayrılmasına icazə verə bilər.
Qeyd edək ki, Kasemiro 2015-ci ildən “Real”ın formasını geyinir.