İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Pol Poqba yenidən İspaniya təmsilçisi “Real”ın maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, “kral klubu” Fransa millisinin üzvü üçün qarşı tərəflə danışıqlara hazırdır.
“Real” rəhbərliyi Fransa “Renn”inin orta sahə oyunçusu Eduardo Kamavinqanın transferinə çalışsalar da, baş məşqçi Zinəddin Zidan buna qarşı çıxıb. Təcrübəli mütəxəssis sərəncamında məhz Poqbanı görmək istəyir. Çalışdırıcının tələbini nəzərə alan madridlilər mövsümün sonunda bu keçidi reallaşdırmağı planlaşdırır.
Qeyd edək ki, “Real” 2021-ci ilin yayında Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappeni də heyətinə qatmağa çalışacaq.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"