“Real” aparıcı hücumçuları Kərim Benzema və Vinisyus Junioru komandada saxlamaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, “kral klubu” forvardlarına yeni müqavilə təklif edib.
Madridlilər 34 yaşlı Benzemanın 2023-cü ilin yayına qədər olan sözləşməsini daha bir il uzatmağa hazırlaşır. Fransa millisinin üzvü özü də ilkin razılığını verib.
Həmçinin Vinisyusun da müqavilə şərtləri yaxşılaşdırılacaq. 2024-cü ilə qədər İspaniya təmsilçisinə məxsus olan 21 yaşlı braziliyalının anlaşmasının uzadılması üçün danışıqlar davam edir.
Qeyd edək ki, bu mövsüm Kərim Benzema 44 qol, 15 assist, Vinisyus Junior isə 21 qol, 20 assistlə yadda qalıb.