“Real” tarixində ən çox oyun keçirən fransalı futbolçular
30.04.2022 - 16:49
“Real” tarixində ən çox oyun keçirən fransalı futbolçular

“Real” tarixində hər zaman fransalı futbolçulara yer olub.

Apasport.az saytının məlumatına görə, xüsusən də, son illər “kral klubu”nda kifayət qədər fransız çıxış edib.

Təsadüfi deyil ki, hazırda Madrid təmsilçisinin formasını geyinən Kərim Benzema “Real”ın heyətində ən çox oyun keçirən fransalıdır. Müdafiəçi Ferlan Mendi isə son matçda meydana çıxmaqla, klubun “100-lər” klubuna düşən 7-ci oyunçusu olub.

“Real” tarixində 100 və daha çox oyun keçirən fransalı futbolçular bunlardır:
1. Kərim Benzema 600 oyun (320 qol, 157 assist)
2. Rafael Varan - 360 oyun (17 qol, 7 assist)
3. Zinəddin Zidan - 229 oyun (49 qol, 67 assist)
4. Klod Makelele - 145 oyun (2 qol, 7 assist)
5. Lassana Diarra - 107 oyun (1 qol, 7 assist)
6. Raymon Kopa - 101 oyun (30 qol)
7. Ferlan Mendi - 100 oyun (4 qol, 9 assist)