“Real”dan 35-ci ÇEMPİONLUQ
30.04.2022 - 20:10
“Real”dan 35-ci ÇEMPİONLUQ

İspaniya La Liqasında 2021/22 mövsümünün çempionu bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Real” sona 4 tur qalmış qızıl medalları təmin edib.

XXXIV turda öz meydanında “Espanyol”la qarşılaşan “kral klubu” rəqibini 4:0 hesabı ilə məğlub edib. Bu qalibiyyət sayəsində xallarının sayını 81-ə çatdıran Karlo Ançelottinin yetirmələri ən yaxın izləyiciləri “Sevilya” və “Barselona” üçün əlçatmaz olub.

Bununla “Real” tarixində 35-ci dəfə La Liqa çempionluğuna qovuşub. Ən çox ölkə çempionu olan madridlilər öz rekordunu yeniləyib.