“Real”dan “Fənərbaxça”ya
13.05.2022 - 09:23
“Real”ın futbolçusu Mariano Dias yayda Madrid klubunu tərk etmək niyyətindədir.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirə bilər.
Dominikanlı futbolçu “Fənərbaxça”ya keçəcəyi gözlənilir. İstanbul klubu Mariano üçün 6 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, Diasın “Real”la müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Cari mövsümdə cəmi 9 matça çıxan hücumçu 1 assistə imza atıb.
0
0