“Real”ın ehtiyat variantı - “Fiorentina”dan
29.12.2021 - 00:48
“Fiorentina”nın hücumçusu Duşan Vlahoviç İspaniya “Real”ının transfer siyahısına düşüb.
Apasport.az saytının məlumatına görə, Madrid klubu serbiyalı forvarda ehtiyat variant kimi baxır.
Bu variant Erlinq Halandın Dortmund “Borussiya”sından keçidi baş tutmayacağı hal üçün nəzərdə tutulub. Bir sıra Avropa nəhənglərinin hədəfində olan norveçlinin transferi reallaşmasa, “Kral klubu” Vlahoviçin keçidinə köklənəcək.
0
0