“Real”ın futbolçusu “Betis”ə keçir
28.12.2021 - 21:35
“Real”ın futbolçusu Dani Sebalyos Madrid klubunu tərk edəcək.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin “Betis”ə qayıdacağı gözlənilir.
O, “Kral klubu”na keçdiyi 2017-ci ilədək də Sevilya təmsilçisində çıxış edib. “Betis” sabiq oyunçusunu 15 milyon avroya alacaq.
Qeyd edək ki, Sebailyos cari mövsüm zədə üzündən heç bir matça çıxmayıb. Olimpiya Oyunlarında zədələnən futbolçu əvvəlki iki mövsümü icarə əsasında “Arsenal”da keçirib.
0
0