Futbol tarixinin ən güclü klubu sayılan “Real”ın formasını geyinmək hər futbolçuya nəsib olmur.
Apasport.az saytının məlumatına görə, milyonlarla oyunçu məhz “kral klubu”nun formasını geyinməyin xəyalını qurur.
Madrid təmsilçisi, xüsusən də, braziliyalılara üstünlük verməsi ilə diqqət çəkir. Elə hazırda “Real”ın heyətində 5 “sambaçı” çıxış edir. Onların içində ən gənclərdən olan Vinisyus Junior bu yaxınlarda La Liqada 100-cü oyununu keçirib.
Bununla 21 yaşlı hücumçu “Real”da “100-lər klubu”na girən 6-cı braziliyalı olub. Onun uzun illər komandada qalmaq perspektivini nəzərə alsaq, rekordu da ələ keçirə bilər. Hazırda rekordçu komandanın kapitanı Marselodur. “Real”ın heyətində La Liqada 100 matçda meydana çıxmağı bacaran 6 braziliyalıdan 3-ü hazırda da bu klubun şərəfini qoruyur.
“Real”la La Liqada ən çox oyun keçirən braziliyalılar:
1. Marselo - 377 oyun
2. Roberto Karlos - 370
3. Kasemiro - 206
4. Ronaldo - 127
5. Savio - 105
6. Vinisyus Junior - 100