“Real”ın hücuma daha bir alternativ
25.12.2021 - 16:06
“Real”ın hücuma daha bir alternativ

“Real”ın transfer siyahısına daha bir futbolçunun adı əlavə olunub.

Apasport.az saytının məlumatına görə, “kral klubu”, xüsusən də, hücum xəttini gücləndirməkdə qərarlıdır.

Mövsümün sonunda Erlinq Haland və Kilian Mbappeni transfer etməyi planlaşdıran madridlilər üçün alternativ variant Conatan Daviddir. Baş məşqçi Karlo Ançelotti “Lill”in 21 yaşlı kanadalı forvardının ön xətdə rəqabət yaradacağını düşünür.

Qeyd edək ki, Conatan David bu mövsüm “Lill”in heyətində 27 oyunda 16 qol vurub.