“Real Sosyedad” Matanı alır
29.12.2021 - 23:13
“Real Sosyedad” qış transfer pəncərəsində heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
Apasport.az saytının məlumatına görə, La Liqa klubu Xuan Matanı heyətinə qatmağı planlaşdırır.
Klub rəhbərliyi “Mançester Yunayted”in yarımmüdafiəçisini yayda azad agent kimi pulsuz ələ keçirmək arzusundadır. Lakin İngiltərə təmsilçisi müqaviləni uzatmayacağı ispaniyalını yanvarda satmaq niyyətindədir. Bu üzdən də “Real Sosyedad” artıq indidən keçidi reallaşdırmağa çalışır.
Qeyd edək ki, Mata cari mövsümdə 3 oyun keçirib.
0
0