“Roma” Dzekonu satmaqdan imtina etdi
11.12.2019 - 15:58
İngiltərənin “Tottenhem” klubunun Edin Dzekonu transfer etmək istəyi baş tutmayıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb bosniya və herseqovinalı hücumçu ilə müqaviləsi olan İtaliyanın “Roma” klubudur.
Londonlular transferlə bağlı Apennin təmsilçisinə rəsmi müraciət ünvanlayıb. Lakin İtaliya klubunun rəhbərliyi futbolçunu satmaqdan imtina edib. Romalılar E.Dzekonu qış fasiləsində əldən buraxmaq istəməyib.
Qeyd edək ki, bosniya və herseqovinalı bu yay “Roma” ilə yeni – 3 illik müqavilə imzalayıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0