“Roma” hücumçusunu satmır
27.03.2022 - 22:01
“Roma” hücumçusu Temmi Abrahamı satmaq fikrində deyil.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvard İngiltərə klublarının maraq dairəsində olsa da, “canavarlar” onun çıxışından razıdır.
Ancaq “Çelsi” sabiq oyunçusunu gələn ildən 67 milyon avroya geri qaytarmaq hüququna malikdir. Forvard mövsümün əvvəlində məhz “zadəganlar”dan İtaliya klubuna keçib. Onun müqavilə müddəti 2026-cı ilin yayına kimidir.
Qeyd edək ki, Temmi Abraham bu mövsüm A seriyasında 29 oyuna çıxıb, 15 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0