Bu gün I divizionda mövsümün ikinci yarısı start götürüb.
Apasport.az saytının məlumatına görə, XIV turun ilk günü Premyer Liqa klublarının bəzi futbolçularının aşağı dəstədə oynaması ilə diqqət çəkir.
“Sabah-2” – “Neftçi-2” qarşılaşması xüsusi qeyd olunmasıdır. Qonaqlar Ömər Buludovla Mirabdulla Abbasova şans verib. Həmçinin Elton Əlibəyli də ikinci komandanın heyətində yer alıb. “Sabah”da əsas ara-sıra əsas komandada peyda olan Şakir Seyidov, İldar Alekperov, Rustam Samiqullin, Abdullax Xaibulayev və Camal Cəfərovu diviziona göndərib.
“Qəbələ”də ikinci komandaya oyunçu verib. Bir müddət legioner həyatı da yaşayan Kamal Mirzəyev I divizionda “Kəpəz”lə qarşılaşmaya çıxıb.
Qeyd edək ki, I divizionun oyunları saat 14:30-da başlayıb.