Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə
Premyer Liqada mövsümün ilk yarısı 47 debütlə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, 47 futbolçu Azərbaycan çempionatlarında ilk matçını arxada qalan 14 turda keçirib.
Debütantlardan yalnız 16-sı yerli oyunçudur. 31 nəfər, təxminən 2/3 hissə isə legionerlərdir.
Mövsümün ilk yarısında debüt edən gəlmələrdən altısı Braziliyanı, üçü İspaniyanı təmsil edir. Portuqaliya, Rusiya, Seneqal və Şimali Makedoniyanın hərəsindən iki, digər 14 ölkədən bir əcnəbi debütlə yadda qalıb. Bu ölkələr Almaniya, Argentina, Belçika, Fransa, Gürcüstan, İordaniya, İran, Litva, Monteneqro, Niderland, Qana, San Tome və Prinsipi, Serbiya və Xorvatiyadır.
“Sabah”da daha çox – 10 debüt gerçəkləşib. “Neftçi”də 8, “Zirə”də 7, “Səbail”də 6, “Keşlə” və “Qəbələ”nin hərəsində 5, “Qarabağ”da 4, “Sumqayıt”da 2 belə oyunçu olub.
Debütantlardan dördü bütün oyunlarda şans qazanıb. Domantas Şimkus, İsnik Alimi, Mohamed Hamdaui və Ruan Renato 14 matçın iştirakçısıdır.
17 debütant Premyer Liqadakı ilk mövsümündə qol hesabını da açıb. Onlar ümumilikdə 40 dəfə fərqləniblər. Debütantlar arasında Coy-Lens Mikels daha çox – 6 qola sevinib. İsnik Alimi, Felipe Santos, İbrahima Vadji və Tiaqo Bezerranın aktivində 4 top var.
Yerli debütantlardan yalnız biri qol sevinci yaşayıb. Bu, Emil Səfərovdur. “Qəbələ”nin gənc istedadının aktivində bir top var. O, 6 qarşılaşmada şans qazanıb. Qol müəllifi olan digər oyunçular isə əcnəbilərdir.
Yerli statuslu oyunçulardan Camal Cəfərov daha çox matça çıxmaqla diqqət çəkib. O, debüt mövsümündə 9 oyun keçirib. Kamran İbrahimovla Ramin Əhmədovun aktivində 6 qarşılaşma var.
|
klub |
futbolçu |
oyun |
qol |
vətəndaşlıq |
|
Səbail |
Domantas Şimkus |
14 |
0 |
Litva |
|
Qəbələ |
İsnik Alimi |
14 |
4 |
Şimali Makedoniya |
|
Zirə |
Mohamed Hamdaui |
14 |
1 |
Niderland |
|
Qəbələ |
Ruan Renato |
14 |
1 |
Braziliya |
|
Keşlə |
Felipe Santos |
13 |
4 |
Braziliya |
|
Qarabağ |
Marko Vesoviç |
13 |
1 |
Monteneqro |
|
Səbail |
Camal Araqo |
12 |
1 |
Qana |
|
Sabah |
Coy-Lens Mikels |
12 |
6 |
Almaniya |
|
Qarabağ |
Kadi Borqes |
12 |
1 |
Braziliya |
|
Keşlə |
Aldair Neto |
11 |
2 |
Portuqaliya |
|
Zirə |
Loris Broqno |
11 |
3 |
Belçika |
|
Qəbələ |
Omar Hani |
11 |
0 |
İordaniya |
|
Neftçi |
Ramon Maçado |
11 |
3 |
Braziliya |
|
Sumqayıt |
Səid Rza |
11 |
1 |
Iran |
|
Sabah |
Camal Cəfərov |
9 |
0 |
Azərbaycan |
|
Qarabağ |
İbrahima Vadji |
9 |
4 |
Seneqal |
|
Sabah |
Mixeil Erqemlidze |
9 |
0 |
Gürcüstan |
|
Sabah |
Şpiro Periçiç |
9 |
1 |
Xorvatiya |
|
Neftçi |
Tiaqo Bezerra |
9 |
4 |
Braziliya |
|
Sabah |
Xuan Kamara |
9 |
2 |
İspaniya |
|
Sabah |
Abdulax Xaibulaev |
7 |
0 |
Rusiya |
|
Neftçi |
Huqo Basto |
7 |
0 |
Portuqaliya |
|
Keşlə |
Omar Quidiabi |
7 |
0 |
Seneqal |
|
Qəbələ |
Emil Səfərov |
6 |
1 |
Azərbaycan |
|
Neftçi |
Kamran Ibrahimov |
6 |
-7 |
Azərbaycan |
|
Sabah |
Kristian Sebalyos |
6 |
0 |
İspaniya |
|
Zirə |
Ramin Əhmədov |
6 |
0 |
Azərbaycan |
|
Neftçi |
Romen Bask |
6 |
0 |
Fransa |
|
Zirə |
Georgi Stoilov |
5 |
0 |
Şimali Makedoniya |
|
Sabah |
İldar Alekperov |
5 |
0 |
Rusiya |
|
Səbail |
Elmir Tağıyev |
4 |
0 |
Azərbaycan |
|
Səbail |
Elton Əlibəyli |
4 |
0 |
Azərbaycan |
|
Sabah |
Petar Skuletiç |
4 |
0 |
Serbiya |
|
Qarabağ |
Qaspar Panadero |
4 |
0 |
İspaniya |
|
Neftçi |
Harramiz Soares |
3 |
0 |
San Tome və Prinsipi |
|
Keşlə |
Samir Abdullayev |
3 |
0 |
Azərbaycan |
|
Qəbələ |
Hüseyn Mürsəlov |
2 |
0 |
Azərbaycan |
|
Zirə |
Rauf Hüseynll |
2 |
0 |
Azərbaycan |
|
Zirə |
Rüstəm Nuruyev |
2 |
0 |
Azərbaycan |
|
Zirə |
Velves Santos |
2 |
0 |
Braziliya |
|
Neftçi |
Xorxe Korrea |
2 |
0 |
Argentina |
|
Sumqayıt |
Emil Əliyev |
1 |
0 |
Azərbaycan |
|
Neftçi |
Famil Camalov |
1 |
0 |
Azərbaycan |
|
Sabah |
Kamran Quliyev |
1 |
0 |
Azərbaycan |
|
Səbail |
Nail Alışov |
1 |
-3 |
Azərbaycan |
|
Keşlə |
Qurban Səfərov |
1 |
0 |
Azərbaycan |
|
Səbail |
Vidadi Cəfərov |
1 |
0 |
Azərbaycan |
Vüqar Xeyrullayev
MEDİA-nın maliyyə yardımı ilə dərc olunur